İlham Əliyev Rumıniyada “İlin adamı” seçilib
22 Yanvar 2011 Şənbə 22:15
Mükafatın təqdimat mərasiminin fevralda Bakıda keçirilməsi nəzərdə tutulub.
Buxarestdə Cənub-Şərqi Avropanın, eləcə də Rumıniyanın nüfuzlu “Balcanii şi Europa” (“Balkanlar və Avropa”) jurnalı Azərbaycan Respublikasının prezidenti İlham Əliyevi 2010-cu ildə “İlin adamı” elan edib.
Bu barədə jurnalın 2010-cu il dekabr nömrəsində “İlin adamı-2010 - İlham Heydər oğlu Əliyev” sərlövhəli məqalə dərc olunub.

Siyasi, iqtisadi, sosial, mədəni sahələrdə xüsusi çəkiyə malik olan şəxsiyyətlərdən və ölkənin nüfuzlu qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələrindən, müstəqil ekspertlərdən ibarət münsiflər heyəti 2010-cu ilin yekunlarına görə əsas nominasiya olan “İlin adamı-2010” mükafatının Azərbaycan prezidenti İlham Əliyevə verilməsi barədə yekdilliklə qərar qəbul edilib.

Münsiflər heyəti bu addımını Azərbaycan prezidentinin siyasi, iqtisadi, elmi, mədəni və humanitar sahələrdə əldə etdiyi uğurlara, Rumıniya-Azərbaycan əlaqələrinin, hər iki xalqın və geniş Xəzər dənizi və Qara dəniz bölgələrinin tərəqqisinə göstərdiyi xüsusi diqqətlə əsaslandırmış, regionun və eyni zamanda, gələcəkdə Qərbi Avropanın enerji problemlərinin səmərəli həllinə gətirib çıxaracaq AGRİ (Azərbaycan-Gürcüstan-Rumıniya İnterkonnektor) layihəsinin buna bariz nümunə olduğunu xüsusi qeyd edib.

Qeyd edək ki, “İlin adamı-2010” mükafatının təqdimat mərasiminin fevralda Bakıda keçirilməsi nəzərdə tutulub.

2000-ci ildən etibarən mütəmadi olaraq hər il siyasət, iqtisadiyyat, ədliyyə, insan hüquqları, mədəniyyət üzrə nominasiyalarda xüsusi xidmətləri olan şəxslər mükafatlandırılır. İndiyədək jurnalın müxtəlif nominasiyaları üzrə Cənub-Şərqi Avropa ölkələrinin dövlət və hökumət başçıları, ictimai-siyasi xadimləri mükafata layiq görülüblər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar