Gündəm

İlham Əliyev Metyu Brayza ilə görüşüb

ABŞ-ın Azərbaycandakı səfiri etimadnaməsini prezidentə təqdim edib

· Xəbərçi
İlham Əliyev Metyu Brayza ilə görüşüb
Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Metyu Brayzanın etimadnaməsini qəbul edib. ANS PRESS-in prezidentin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Metyu Brayza etimadnaməsini dövlət başçısı İlham Əliyevə təqdim edib.

Daha sonra prezident İlham Əliyev səfirlə söhbət edib. Dövlət başçısı səfiri yeni təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələri ilə bağlı fikir mübadiləsi aparılıb.

Şərhlər