Gündəm

İlham Əliyev Masallıya səfər edib

Dövlət başçısı Heydər Əliyev Parkını ziyarət edib.

· Xəbərçi
İlham Əliyev Masallıya səfər edib
Bu gün prezident İlham Əliyev Masallı rayonuna səfər edib. Dövlət başçısı Masallı şəhərinin mərkəzindəki Heydər Əliyev Parkında ulu öndərin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Prezident İlham Əliyevə məlumat verilib ki, ümummilli liderin adını daşıyan park yenidən qurulub. Burada 2011-ci ildə Heydər Əliyev Muzeyinin bazasında Heydər Əliyev Mərkəzi yaradılıb.

Parkda rayon sakinlərinin və qonaqların istirahəti üçün hər cür şərait var.

Şərhlər