Gündəm

İlham Əliyev LUKoil prezidenti ilə görüşüb

İlham Əliyev LUKoil prezidenti ilə görüşüb. Görüşdə bu şirkətin ölkəmizə investisiya qoyuluşu istiqamətində uğurlu fəaliyyətinin olduğu vurğulanıb.

· Xəbərçi
İlham Əliyev LUKoil prezidenti ilə görüşüb
Prezident İlham Əliyev Davosda Rusiyanın “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərovla görüşüb. Görüşdə “LUKoil” ilə Azərbaycan arasında uzun illər səmərəli əməkdaşlığın və bu şirkətin ölkəmizə investisiya qoyuluşu istiqamətində uğurlu fəaliyyətinin olduğu vurğulanıb.

Prezidentin mətbuat xidmətinin verdiyi məlumata görə, görüşdə Azərbaycan Dövlət Neft Şirkəti ilə “LUKoil” arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. ANSPRESS

Şərhlər