Gündəm

İlham Əliyev Latviyaya gedib

Sabah Riqada Azərbaycan prezidenti İlham Əliyev və Latviya prezidentlərinin görüşü keçiriləcək.

· Xəbərçi
İlham Əliyev Latviyaya gedib
Azərbaycan prezidenti İlham Əliyev yanvarın 16-da Latviyaya rəsmi səfərə yola düşüb. AzərTAc-ın yaydığı məlumata görə, dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıb.

Qeyd eədk ki, yanvarın 17-də Riqada İlham Əliyevin latviyalı həmkarı Valdis Zatlerslə görüşü olacaq. Səfər çərçivəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaq, habelə müxtəlif sahələrlə bağlı sənədlər imzalanacaq. ANSPRESS

Şərhlər