Gündəm

İlham Əliyev gürcüstanlı həmkarı ilə görüşüb

Görüşdə ikitərəfli əlaqələr müzakirə olunub

· Xəbərçi
İlham Əliyev gürcüstanlı həmkarı ilə görüşüb
Azərbaycan və Gürcüstan prezidentləri İlham Əliyev və Mixail Saakaşvilinin ATƏT-in Astana sammiti çərçivəsində görüşü baş tutub.

Görüşdə iki ölkə arasında strateji tərəfdaşlığa söykənən əlaqələrin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub. İqtisadi sahədə, o cümlədən ölkələrin birgə həyata keçirdikləri enerji layihələri, Bakı-Tiflis-Qars dəmir yolu layihəsi ilə bağlı məsələlər müzakirə edilib.

Dövlət başçıları əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminliklərini bildiriblər.

Şərhlər