Gündəm

İlham Əliyev Davosa yola düşüb

Azərbaycan prezidenti İlham Əliyev Dünya İqtisadi Forumunda iştirak edəcək.

· Xəbərçi
İlham Əliyev Davosa yola düşüb
Azərbaycan prezidenti İlham Əliyev Davos şəhərində keçirilən ənənəvi illik Dünya İqtisadi Forumunda iştirak etmək üçün yanvarın 27-də İsveçrəyə işgüzar səfərə yola düşüb.

Dövlət başçısını Heydər Əliyev adına Beynəlxalq hava limanında baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıb. ANSPRESS

Şərhlər