Gündəm

İlham Əliyev Biləsuvar rayonuna səfər edib

Prezident Biləsuvar dairəvi avtomobil yolunun açılışında iştirak edib.

· Xəbərçi
İlham Əliyev Biləsuvar rayonuna səfər edib
Prezident İlham Əliyev bu gün Biləsuvar rayonuna gəlib. Dövlət başçısı Biləsuvar dairəvi avtomobil yolunun açılışında iştirak edib. Nəqliyyat naziri Ziya Məmmədov yolun texniki-iqtisadi göstəriciləri barədə dövlət başçısına məlumat verib.

Prezident həmçinin Biləsuvarda regional ana və uşaq mərkəzinin binası ilə də tanış olub. Məlumat verilib ki, mərkəzin üçmərtəbəli binası 32 çarpayılıqdır. Burada 3 cərrahiyyə bloku, rentgen otağı, poliklinika, bərpa, ginekologiya, ana və uşaqların sağlamlığı, o cümlədən müalicə şöbələri yaradılıb.

Prezident İlham Əliyev tibb ocağının kadr potensialı və texniki təchizatı ilə bağlı tapşırıqlarını verib. anspress

Şərhlər