İlham Əliyev Almaniyadadır
04 Fevral 2010 Cümə Axşamı 17:10
Dövlət başçısı İlham Əliyev “Tegel” hava limanında qarşılanıb.
Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının kansleri Angela Merkelin dəvəti ilə fevralın 4-də Almaniyaya işgüzar səfər edib. Azərbaycanın və Almaniyanın dövlət bayraqlarının dalğalandığı Berlin şəhərinin “Tegel” hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Dövlət başçısı İlham Əliyevi Almaniyanın yüksək vəzifəli rəsmi şəxsləri böyük hörmət və ehtiramla qarşılayıblar.

Qeyd edək ki, Azərbaycan prezidenti fevralın 4-dən 7-nə kimi Almaniyanın Münhen şəhərində keçiriləcək 46-cı Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak edəcək. Konfransın əsas müzakirə mövzuları sırasına Transatlantik təhlükəsizlik və Avropa təhlükəsizliyi, enerji təhlükəsizliyi, Əfqanıstan və Yaxın Şərqdəki vəziyyət, həmçinin NATO-nun yeni strateji konsepsiyası ilə bağlı məsələlər daxil edilib.

Qeyd edək ki, Münhen Beynəlxalq Təhlükəsizlik Konfransı təhlükəsizlik məsələlərinin ən yüksək səviyyədə müzakirə olunduğu qlobal siyasi forum hesab olunur. Hər il təşkil olunan konfransda müxtəlif ölkələrdən olan yüksək çinli rəsmilər və hərbçilər dünyanın əsas təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar