İlham Əliyev:
20 Dekabr 2011 Çərşənbə Axşamı 19:01
Azərbaycan prezidenti MDB dövlət başçılarının qeyri-formal sammitində iştirak edir
Moskvada MDB-nin yaradılmasının 20 illiyinə həsr edilmiş qeyri-formal sammit keçirilir. Azərbaycan prezidenti İlham Əliyev sammit zamanı tarixin saxtalaşdırılması və faşizmin qəhrəmanlaşdırılmasına qarşı mübarizəni aktivləşdirməyə çağırıb.

"Biz tarixi saxtalaşdırmağa, İkinci Dünya müharibəsi hadisələrinin təhrif edilmiş təqdimatının getdiyi bir vaxtda belə şəraitə imkan verməməliyik. Bununla mübarizə aparmalıyıq. Biz birgə səylərimizlə təsdiq etməliyik və öz xəttimizi aparmalıyıq. Bu, çətin olmayacaq, çünki haqq bizim tərəfimizdədir", - deyə dövlət başçısı qeyd edib.

Qeyd edək ki, SSRİ-nin dağılmasından sonra keçmiş sovet ölkələrində Böyük Vətən müharibəsi tarixi yoxlamalara məruz qalıb və faşizm köməkçilərinin qəhrəmanlaşdırılması tendensiyası yaranıb.




DOSTLARINLA PAYLAŞ:

oyunlar