İl-76 ilə bağlı yeni xəbər var
16 İyul 2011 Şənbə 22:48
İl-76 ilə bağlı yeni xəbər var. Qəzanın səbəblərini araşdıran komissiya havadan hadisə yerini lentə ala bilib
Kabildən qəzanın səbəblərini araşdıran komissiyadan yeni bir məlumat əldə etdik. Qəzanın səbəblərini araşdıran komissiyanın üzvü Tapdıq İmanovun ANS-ə verdiyi məlumata görə, bu dəqiqəyədək qəza ərazisinə düşə bilməyiblər. Amma havadan hadisə yerini lentə ala biliblər.
Əfqanıstanda qəzaya uğramış Azərbaycan təyyarəsinin havadan görüntüləri çəkilib.
“Ərazi dağlıqdır, oraya gedən kimi dağların üstündən atəş açılır. Ona görə məcbur olub geri qayıtdıq. Sonra çox təkidlər etdik, danışıqlar apardıq. Biz cavab gözləyirik ki, heç olmazsa, insanların meyitlərini götürə bilək. Biz yenə də nazirlərlə görüş keçirməyə gedirik. Orada çəkiliş də apardıq. Təyyarə dağa dəyib və yanıb. Düzdür, onun müəyyən hissələri var, əlimizdə 400-500 metrdən olan çəkilişlər var”,- deyə qəzanı araşdıran komissiyanın üzvü Tapdıq İmanov bildirib. anspress
DOSTLARINLA PAYLAŞ: