İki prezidentin hekayəsi...
16 Fevral 2010 Çərşənbə Axşamı 20:00
Viktor Yuşşenko Viktor Yanukoviçin inauqurasiyasında iştirak etmək istəmir
Ukrayna prezidenti Viktor Yuşşenko yeni seçilmiş dövlət başçısı Viktor Yanukoviçin təntənəli inauqurasiya mərasimində iştirak etməyi planlaşdırmır. Bunu Viktor Yuşşenko keçirdiyi mətbuat konfransında bəyan edib. O, vəzifəsindən gedən insanların həyata keçirdiyi formal prosedurların icrası üçün Viktor Yanukoviçlə inauqurasiya mərasimindən sonra görüşməyi vacib saydığını bildirib.

“Düşünürəm ki, Viktor Yanukoviçlə görüşümüzün inauqurasiyadan sonra keçirilməsi düzgün olardı. Bu, normal ünsiyyət, iş yerində görüş, mənim üçün mühüm sayılan hallarla bağlı fikir mübadiləsi olacaq. Bu görüş ölkənin yeni prezident qazandığının nümayişi olacaq”, - deyə o vurğulayıb.

Qeyd edək ki, fevralın 25-də Ali Radanın iclas zalında Viktor Yanukoviçin Ukraynanın yeni prezidenti kimi and içməsinə həsr olunacaq təntənəli iclas keçiriləcək. Xatırladaq ki, Viktor Yanukoviç ANS eksklüziv müsahibəsində GUAM-ın onun üçün aktual olmadığını, lakin istənilən halda bu qurumun gələcəyi ilə bağlı rəsmi Bakı ilə müzakirələr aparmaq istədiyini demişdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar