Zirvə görüşündə “Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlığa dair Saziş” və Birgə Bəyannamə imzalanıb
Bakı-APA. Xəzəryanı ölkələrin dövlət başçılarının III zirvə toplantısı başa çatıb.
APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, zirvə görüşünün sonunda Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran prezidentləri “Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlığa dair Saziş” imzalayıblar. Bundan başqa dövlət başçıları Birgə Bəyannamə qəbul ediblər.