İctimai Palata mitinq keçirdi
22 Aprel 2012 Bazar 18:32
İctimai Palata mitinq keçirdi. Aksiyada heç bir xoşagəlməz incident qeydə alınmayıb.
Bu gün “İctimai Palata”nın Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırdığı etiraz aksiyası baş tutub. ANS-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, aksiya Bibiheybət qəsəbəsi 20-ci sahə adlanan yerdə, Sürücülük Məktəbinin həyatində keçirilib.

Məlumata görə, aksiyada demək olar ki, müxalifət partiyalarının əksəriyyətinin liderləri iştirak ediblər. Aksiya iştirakçıları “Azadlıq” şüarları səsləndiriblər. Onların əllərində olan plakatlarla siyasi məhbuslara azadlıq tələb olunub.

Bundan başqa, aksiya iştirakçıları səhiyyə və təhsil sahəsində olan problemlərin aradan qaldırılmasını tələb ediblər. Onlar həmçinin mülkiyyət hüquqlarının pozulmasına qarşı da şüarlar səsləndiriblər.

Aksiya ilə əlaqədar ətrafda polis ciddi təhlükəsizlik tədbirləri görüb. Belə ki, aksiyanın keçirildiyi bu meydana buraxılan bütün insanlar xüsusi metal axtaran qurğularla yoxlanıldıqdan sonra içəri buraxılıb. Aksiyada heç bir xoşagəlməz incident qeydə alınmayıb. Artıq bu aksiya başa çatmaq üzrədir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar