İcazəsiz mitinq başladı
19 İyun 2010 Şənbə 15:25
"Azadlıq" bloku icazəsiz aksiya keçirməyə cəhd göstərib.
Bu gün saat “Azadlıq” bloku sanksiyalaşdırılmamış mitinq keçirməyə cəhd göstərib. Mitinqin Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında keçiriləcəyi bildirilsə də, aksiya iştirakçıları saat 15:00 radələrində Sabir bağına toplaşıb. ANS PRESS-in hadisə yerində olan müxbirinin məlumatına görə, aksiya iştirakçıları "Azadlıq", "İstefa" şüarları səsləndiriblər. Onlar Azərbaycanda azad seçki mühitinin yaradılmasını tələb edib, Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliklərə etiraz ediblər.
Əvvəlcədən hadisə yerində olan polis dərhal aksiyanın qarşısını alıb. Təxminən 15 nəfər saxlanılaraq avtobusla hadisə yerindən uzaqlaşdırılıb.
Daha sonra ikinci qrup mitinq iştirakçıları Nizami Gəncəvinin heykəlinin yaxınlığında toplaşaraq şüarlar səsləndirməyə başalyıb. Polis buradakı mitinqi də dağıdıb. Təxminən 10 nəfər avtobusla, daha sonra isə dörd nəfər polis maşını ilə ərazidən uzaqlaşdırılıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: