İbrahim Musayevin Rusiyada məhkəməsi başladı
30 Avqust 2013 Cümə 16:11
İbrahim Musayevin Azərbaycana ekstradisiyası məsələsi ilə bağlı məhkəmə prossesi keçirilir.
Yaroslavl Regional Məhkəməsində hakim Yuriy(a) Zuyevanın sədrliyi ilə bir müddət əvvəl Rusiyada həbs olunan Naxçıvan Muxtar Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı olduğu iddia edilən İbrahim Musayevin Azərbaycana ekstradisiyası məsələsi ilə bağlı məhkəmə prossesi başlayıb.
ANS PRESS-in Rusiya mediasına istinadən məlumatına görə, İbrahim Musayev dələdüzluq üstündə Moskvada həbs olunub. O, ifadəsində Yaroslavlda özü və ailəsi izlənildiyi üçün xarici ölkələrin birindən qaçqın statusu almaq üçün Moskvaya gedib. Bu zamansa Azərbaycan hüquq-mühafizə orqanları onu beynəlxalq axtarışa verib.
Qeyd edək ki, İbrahim Musayev Rusiyaya gedəndən sonra Naxçıvan MTN-də işgəncə ilə öldürdüyü iddia edilən Turac Zeynalovun ailəsinə qarşı qurulmuş əməliyyatda iştirak etdiyini mətbuata verdiyi açıqlamasında bildirib.
DOSTLARINLA PAYLAŞ: