Hökumət nümayəndələri İmişliyə gedib
22 May 2010 Şənbə 19:45
Rəsmilər ərazidə məsləhətləşmələr keçirib.
İmişlidə hökumət nümayəndələrinin iştirakı ilə məsləhətləşmələr keçirilib. ANS-in təbii fəlakət bölgəsində olan xüsusi müxbirinin məlumatına görə, əraziyə iqtisadi inkişaf naziri Şahin Mustafayev, günorta saatlarında isə baş nazirin birinci müavini Abid Şərifov və fövqəladə hallar naziri Kəmaləddin Heydərov gəlib.

Rəsmilər ərazidə kiçik məsləhətləşmələr apardıqdan sonra Sarısu gölünə baxış keçiriblər və əraziyə yollanıblar. Baş nazirin müavini Abid Şərifovun verdiyi məlumata görə, ötən gecə onlar Talış kəndi ərazisində olublar və oraya baxış keçiriblər. Burada bəndin yarıldığı bildirilib. Eyni zamanda Abid Şərifov söyləyib ki, Kür və Araz çaylarında suyun səviyyəsi olduğu kimi qalır, onlar vəziyyətə nəzarət edirlər, bundan başqa baş nazirin birinci müavini Mingəçevir su anbarında da vəziyyətin nəzarətdə olduğunu deyib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar