Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir qrup əməkdaşı “Heydər zirvəsi”nə yürüşə başlayıb. nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən zirvəyə yürüş bu gn başlayıb.
yürüşün məqsədi müstəqil Azərbaycanın qurucusu, dünya şöhrətli şəxsiyyət, Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini dekabrın 12-də “Heydər zirvəsi”nə çataraq Ulu Öndərin barelyefi önünə gül dəstələri qoyaraq anmaqdır.
Heydər zirvəsinə yürüş başlayıb
Yürüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir qrup əməkdaşı iştirak edir




Şərhlər