Bu gün Azərbaycanın paytaxtı Bakı şəhərinin Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 93-cü ildönümü günü keçirilən hərbi parad başa çatıb. ANS PRESS-in məlumatına görə, paradda Azərbaycan Silahlı Qüvvələrinin bütün növləri -6 min nəfərlik şəxsi heyət, 400-ə qədər hərbi texnika və silah sistemləri, o cümlədən 50-yə yaxın modernləşdirilmiş hərbi döyüş texnikası, Azərbaycan istehsalı olan və Azərbaycanda modernləşdirilmiş 60-a yaxın silah, 14 zirehli transportyor, ölkəmizdə modernləşdirilmiş yüzlərlə hərbi texnikalardan nümunələr, 35 döyüş vertolyotu, 22 döyüş, 8 təlim məşq təyyarəsi, Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin 28 gəmisi, kater, qayığı, Fövqəladə Hallar Nazirliyinin 2 yanğınsöndürən gəmisi, 3 xilasetmə kateri, Dövlət Sərhəd Xidmətinin 4 sərhəd gözətçi gəmisi iştirak edib.
Sonda bir daha Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hamını bayram münasibətilə təbrik edib. ANSPRESS
Hərbi parad başa çatdı
Hərbi parad başa çatdı. Sonda bir daha Ali Baş Komandan İlham Əliyev hamını bayram münasibətilə təbrik edib.




Şərhlər