Gündəm

Hərbçilər prezidentə qadağa qoydu

Hüsnü Mübarək vitse-prezident Ömər Süleymanı öz varisi elan edə bilməz

· Xəbərçi
Hərbçilər prezidentə qadağa qoydu
Misir Silahlı Qüvvələrinin Komandanlığı prezident Hüsnü Mübarəkə vitse-prezident Ömər Süleymanı öz varisi elan etməyə icazə verməyib. Bu haqda məlumatı “Əl-Cəzirə” telekanalı yayıb.

Qahirədə isə Hüsnü Mübarəkin bu axşam istefaya gedəcəyi ilə bağlı yayılan söz-söhbətlər bitmək bilmir. Bundan başqa, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Leon Panetta bu gün Konqresin Nümayəndələr Palatasının iclasında bildirib ki, böyük ehtimallara görə bu gecə Hüsnü Mübarək postunu tərk edəcək. “Çox böyük ehtimal var ki, elə bu gecə Mübarək istefaya gedəcək”,- deyə Leon Panetta söyləyib.




Şərhlər