Həmsədrlərin regiona səfəri başlayıb
    06 İyun 2011 Bazar Ertəsi 06:31
    Daha sonra İrəvana gedəcək həmsədrlərin Xankəndinə səfəri də planlaşdırılır
    
                	 
    
         ATƏT-in Minsk qrupunun Rusiya, Fransa və ABŞ həmsədrləri İqor Popov, Bernar Fasye və Robert Fradkenin regiona səfərləri başlayıb. Artıq rusiyalı həmsədr İqor Papov Bakıdadır. Bu gün həmsdərlərin Azərbaycan rəsmiləri ilə görüşü gözlənilir. Danışıqlarda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, habelə Azərbaycan və Ermənistan  prezidentlərinin görüşünə hazırlıq məsələləri müzakirə olunacaq. Azərbaycana səfərdən sonra həmsədrlər İrəvana gedəcəklər. Həmsədrlərin Xankəndinə səfəri də planlaşdırılır.
DOSTLARINLA PAYLAŞ: