Həmsədrlər üz-üzə gəldilər
08 Sentyabr 2011 Cümə Axşamı 22:54
Minsk qrupuna baza prinsiplərinin sülh sazişinin əsası kimi qəbul olunması istiqamətində göstərilən konkret səylər barədə məlumat verilib.
ATƏT-in Minsk qrupunun həmsədrləri, həmçinin ATƏT-in fəaliyyətdə olan şəxsi nümayəndəsi Anjey Kaspşik Avstriyada bir araya gəlib. ANS PRESS-in “Panarmenian”a istinadən verdiyi məlumata görə, onlar dekabrda Vilnyusda baş tutacaq ATƏT-in Nazirlər Şurasının iclası ərəfəsində fəaliyyət proqramını müzakirə edib.
ATƏT-in rəsmi saytında yerləşdirilmiş məlumata görə, həmsədrlər Minsk qrupuna Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ABŞ, Fransa və Rusiya rəhbərliyi ilə aparılan davamlı danışıqlar, təmas xəttində atəşkəs rejiminin möhkəmləndirilməsi və baza prinsiplərinin sülh sazişinin əsası kimi qəbul olunması istiqamətində göstərilən konkret səylər barədə məlumat veriblər.
Sentyabrın 8-də həmsədrlər ATƏT-in baş katibi Lamberto Zanyerlə görüşüblər. Görüşdə Qarabağ danışıqlarının bəzi aspektləri müzakirə olunub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: