Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçiliyi öz üzərinə götürən ATƏT-in Minsk qrupunun Amerika, Rusiya və Fransadan olan həmsədrləri martın əvvəlində regiona səfər edəcək. Əvvəlcə İrəvanda olacaq həmsədrlər Robert Bratke, İqor Popov və Jak For Ermənistan rəhbərliyi ilə görüşlər keçirəcək. Martın 5-də isə vasitəçilər Bakıda Azərbaycan rəhbərliyi ilə danışıqlar aparacaq. Səfərin məqsədi münaqişənin həllinə dair növbəti addımların müzakirəsidir.
Həmsədrlər martda regiona səfər edəcək
Əvvəl İrəvana gedəcək həmsədrlər sonra Bakıya gələcək.




Şərhlər