Həmsədrlər birgə bəyanat verib
11 Dekabr 2009 Cümə 20:10
2010-cu Azərbaycan və Ermənistan prezidentləri arasında növbəti görüş keçiriləcək
Bu gün ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycana səfərlərinin nəticələrinə dair birgə bəyanatla çıxış edib. Bəyanatda bildirilir ki, həmsədrlər Robert Bradtke, Bernar Fasye və Yuri Merzlyakov Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb və noyabrın 22-də Münhendə keçirilən görüşdəki diskussiyanı davam etdiriblər.

Həmsədrlər növbəti addım qismində gələn ilin yanvarında Ermənistana səfər edəcəklərini bildirib. "Bu səfərlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair baza prinsiplərinin razılaşdırılmasının başa çatdırılması üçün prezidentlərin 2010-cu ildə növbəti görüşlərinə yol açacaq", - deyə bəyanatda vurğulanıb.ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar