Həmsədrlər bəyanatla çıxış ediblər
18 İyul 2011 Bazar Ertəsi 18:10
Minsk Qrupunun həmsədrləri yenə də siyasi iradə istəyir.
ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfərlərinin yekunu olaraq bəyanatla çıxış ediblər. Vasitəçilərin bəyanatda deyilir:
“ATƏT-in Minsk Qrupunun həmsədrləri bu ilin 11-18 iyul tarixlərində Moskva, Vilnüs, Bakı və İrəvanda səfərdə olublar. ATƏT sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kaspşiklə birgə vasitəçilər iyulun 11-də Rusiya xarici işlər naziri Serqey Lavrovla görüşərək Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün Minsk Qrupu çərçivəsindəki təmasları müzakirə ediblər. Vilnüsdə isə iyunun 13-də həmsədrlər xarici işlər naziri Audronius Ajubalisi 24 iyun Kazan görüşündən sonra həyata keçirilən addımlar və sülh prosesi barədə məlumat veriblər.
Bakı və İrəvanda həmsədrlər müvafiq olaraq prezident Əliyev və prezident Sarkisyanla görüşüblər. Həmsədrlər dövlət başçıları ilə görüşdə baza prinsipləri üzrə razılığın əldə edilməsinin yekun həllinə dair danışıqlar üçün vacibliyini qeyd ediblər.
Həmsədlər indi region xalqlarının davamlı sülh, təhlükəsizlik və barışığa qovuşması naminə siyasi iradə nümayiş etdirmək zamanın olduğunu vurğulayıblar. Prezidentlər çərçivə sənədi üçün təklif edilən formullara münasibətlərini açıqlayacaqları və sülhün əldə edilməsi üçün həmsədrlər və həmsədr dövlətlərlə əməkdaşlığa sadiqdirlər”. anspress
DOSTLARINLA PAYLAŞ: