Həmsədrlər Bakıya gəliblər
10 Fevral 2011 Cümə Axşamı 15:10
Səfər zamanı onlar Azərbaycan prezidenti və XİN rəhbəri ilə görüşəcəklər
ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), İqor Popov (Rusiya), Bernar Fasye (Fransa) və qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik (Polşa) regiona növbəti səfərləri çərçivəsində Azərbaycana gəliblər.
Səfər çərçivəsində onların Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və prezident İlham Əliyevlə görüşü planlaşdırılır.
ATƏT nümayəndələrinin regiona səfəri fevralın 9-da başlayıb. Onlar öncə Ermənistana səfər edərək burada prezident Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər.
DOSTLARINLA PAYLAŞ: