Həmsədlər cəbhə xəttindədirlər
22 Oktyabr 2011 Şənbə 15:21
Minsk qrupunun vasitəçiləri bu saatlarda Azərbaycan ərazisinə keçəcəklər.
Qoşunların təmas xəttində monitorinq keçirilib. ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq keçirilən əraziyə gəliblər. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, vasitəçilər bu saatlarda işğal olunmuş ərazilərdən təmas xəttinin Azərbaycan Ordusunun nəzarətində olan tərəfinə keçirlər.

Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, monitorinq Azərbaycan Respublikasının Tərtər-Ağdərə yolundakı təmas xəttində keçirilməli idi.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT ofisinin əlaqələndiricisi İmre Palatinus və səhra köməkçisi Xristo Xristov, təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və onun səhra köməkçiləri Antal Herdiç və Marius Puodziunas izləyiblər. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar