Hədiyyə Yağışı davam edir!
15 Noyabr 2011 Çərşənbə Axşamı 12:40
Azərbaycanın məşhur brendi olan “Gilan Qəbələ Konserv Zavodu”nun 5 illiyi münasibətilə keçirilən geniş miqyaslı “Hədiyyə yağışı” kampaniyası davam edir.
Zavoddan “APA-ECONOMICS”ə verilən məlumata görə, kampaniyanın ilk 10 günü ərzində bütün Azərbaycan üzrə yüzlərlə vətəndaş müxtəlif hədiyyələr qazanlblar.
Bunların arasında 84 ədəd “SHARP” LCD-televizorları, 105 ədəd “BlackBerry” telefonu, 60 ədəd “Nokia” telefonu, 4 ədəd noutbuk, 43 ədəd mikrodalğalı soba, 94 ədəd fen, 129 ədəd elektrik çayniki, 44 ədəd elektron tərəzi, 43 ədəd tozsoran, 30 ədəd ütü, eləcə də çoxlu sayda “Jalə” şirələri qazanıblar.
Qeyd edək ki, 1 aprel 2012-ci ilədək davam edəcək kampaniyada iştirak etmək üçün istənilən 1 litrlik “Jalə”, “Zolotoy Sad” və ya “Natura” təbii şirəsini almaq kifayətdir. Bununla alıcı avtomatik olaraq “Hədiyyə Yağışı” kampaniyasının iştirakçısına çevrilir. Hər 1 litrlik şirəyə yalnız 1 skreç-kart verilir. Kampaniyada iştirakın nəticəsini və uduş faktını müəyyən etmək üçün skreç-kartın arxa hissəsindəki qoruyucu qatı silmək lazımdır. Qalib uduşu dərhal və ya ən yaxın uduşların verilməsi mərkəzində əldə edə bilər. Alıcı uduşlu skreç-kartı məsul şəxsə təqdim etməklə hədiyyəsini ala bilər.
“Hədiyyə Yağışı” kampaniyası çərçivəsində 50000-dən artıq mükafat oynanılır. Onların arasında 5 “KİA Sportage” avtomobili və Dubaya səyahət üçün turist paketləri, LCD-televizorlar, noutbuklar, 2000-den artıq “BlackBerry” və “Nokia” telefonları, həmçinin çoxsaylı məişət texnikası - fenlər, çaydanlar, mikrodalğalı sobalar, ütülər, tozsoranlar, tərəzilər, eləcə də əhali arasında böyük populyarlığa malik olan “Jalə” təbii şirələri var.
“Hədiyyə Yağışı” kampaniyası barədə əlavə məlumat almaq bütün mobil operatorlardan 012 977 nömrəsinə, sabit telefonlardan isə sadəcə 977 nömrəsinə zəng etmək olar.
DOSTLARINLA PAYLAŞ: