Hacı Allahşükür Paşazadə Moskvadadır
20 İyul 2009 Bazar Ertəsi 12:20
Bütün Qafqazın şeyxi dinlərarası dialoq üzrə yüksək səviyyəli işçi qrupun yığıncağında iştirak edəcək

 

Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə dinlərarası dialoq üzrə yüksək səviyyəli işçi qrupun yığıncağında iştirak etmək üçün Rusiyanın paytaxtı Moskvaya yola düşüb. Moskva və bütün Rusiyanın patriarxı Kirillin sədrlik edəcəyi yığıncaq iyulun 22-də Moskvadakı müqəddəs Danil monastırında keçiriləcək.

İclasda YUNESKO-nun baş katibi Koişiro Matsura, Dünya İslam Liqası baş katibinin müavini Məhəmməd Həyat, İsrailin dini lideri, ABŞ-dakı «Vicdanın çağırışı» fondunun rəhbəri, Almaniya Yevangelist kilsəsinin rəhbəri, Vatikanın Rusiyadakı nümayəndəsi də iştirak edəcək. Toplantıda dinlərarası münaqişələrin həlli, dini diffamasiyanın əngəllənməsi və silahlı münaqişələr zamanı dini abidələrin mühafizəsi məsələləri müzakirə olunacaq.
Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, Şeyx bu gün Moskvada bəzi görüşlər də keçirəcək. Bütün Qafqazın Şeyxi Hacı Allahşükün Paşazadənin iyulun 23-də Rusiya prezidenti Dmitri Medvedevlə də görüşü gözlənilir./ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar