H1N1 qripi pandemiyası qarşısıalınmazdır. ANS PRESS, “Azadlıq” radiosunun rus redaksiyasına istinadən xəbər verir ki, belə bir xəbərdarlıqla Ümumdünya Səhiyyə Təşkilatı çıxış edib. Təşkilatın nümayəndəsi bildirib ki, bu səbəbdən də dünya ölkələri virus əleyhinə vaksini əldə etməsi vacibdir. Onun sözlərinə görə, yeni qripə qarşı vaksin bu ilin sentyabrında hazır ola bilər.
Ümumdünya Səhiyyə Təşkilatının son məlumatlarına görə, bu ilin aprelində Meksikadan başlayan “donuz qripi”nə dünyada 90 mindən artıq adam yoluxub. Onlardan 429-u dünyasını dəyişib. H1N1 virsu dünyanın onlarla ölkəsinə yayılıb. /ANS PRESS/