Gürcüstanda həbsdə olan 10 azərbaycanlı əfv ediləcək
26 May 2009 Çərşənbə Axşamı 19:25
Marneuli. Nizami Məmmədzadə - APA. Gürcüstan prezidenti yanında Əfv Komissiyasının iclası keçirilib.
Komissiyanın sədri Yelena Tevdoradze APA-nın Gürcüstan bürosuna açıqlamasında bildirib ki, artıq əfv olunacaq şəxslərin siyahısı hazırdır: “Prezident bu gün və ya sabah əfv fərmanı imzalayacaq. Katalikos-patriarx II İlyanın bizə göndərdiyi siyahını da əlavə etmişik. Ümumilikdə 80 məhbus azadlığa buraxılacaq”.
Y. Tevdoradze siyahıya 10 azərbaycanlının adının daxil edildiyini də açıqlayıb: “Bir neçə azərbaycanlı məhbusun işi çox çətin idi. Onların məsələsinə 6 ay müddətində yenidən baxaraq komissiyada müzakirə edəcəyik”.
Qeyd edək ki, əfv Gürcüstanın Müstəqillik Günü ilə bağlıdır.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar