Azərbaycan Silahlı Qüvvələrinin giziri özünü yaralayıb. ANS PRESS-in məlumatına görə, bu gün Müdafiə Nazirliyinin Ağdam rayonunda yerləşən “N” saylı hərbi hissədə 22 yaşlı gizir Rahib Kərimov avtomat silahla ehtiyatsız davrandığına görə atəş açılıb və ayağını yaralanıb.
Hazırda R.Kərimovun vəziyyəti kafidir.
Qeyd edək ki, R.Kərimov bu ilin aprelində Biləsuvar Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumatı təsdiqləyib.
Gizir özünü yaralayıb
Hadisə silahdan ehtiyatsız davranma nəticəsində baş verib




Şərhlər