MTN Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov həbs edildi.
MTN Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov barəsində həbs - qəti imkan tədbiri seçilib.
Akif Çovdarov Cinayət Məcəlləsinin 308.2, 309.1, 302.2-ci və 311-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, Səbail Rayon Məhkəməsi tərəfindən 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, çoxsaylı sahibkarların şikayəti ilə yanaşı, Milli Təhlükəsizlik Nazirliyi Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbs edilmiş sabiq əməkdaşları da Akif Çovdarovun əleyhinə ifadə veriblər.