Gəncədə sürətli internet şəbəkəsi yaradılıb
12 Yanvar 2012 Cümə Axşamı 19:38
Şəhərdə stansiyaların NGN texnologiyası əsasında yenidən qurulması, analoq ATS-lərin ləğv edilməsi genişzolaqlı internet istifadəçilərinin sayını artırıb.
Gəncədə sürətli internet şəbəkəsi yaradılıb. Şəhərdə stansiyaların NGN texnologiyası əsasında yenidən qurulması, analoq ATS-lərin ləğv edilməsi genişzolaqlı internet istifadəçilərinin sayını artırıb. Aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq bir neçə küçədə hava rabitə xətləri yeraltı kabellərlə əvəzlənilib.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AzərTAc-a bildiriblər ki, Gəncədə “Aztelekom”, “Orbit”, “Azeronline”, “Data+”, “Transeurocom”, “Smart”, “Azdatacom” provayderləri fəaliyyət göstərir. Hesablamalara əsasən, ən çox abonent sayına görə ilk yerləri “Aztelekom” və “Azeronline” tutub.
DOSTLARINLA PAYLAŞ: