Gündəm

G-20-nin 11 ölkesi Suriya meselesinde hemrey oldular

Bəyanata ABŞ, Türkiyə, Avstraliya, Kanada, Fransa, İtaliya, Yaponiya, Cənubi Koreya, Səudiyyə Ərəbistan və İngiltərə imza atıb.

· Xəbərçi
G-20-nin 11 ölkesi Suriya meselesinde hemrey oldular
Sankt Peterburqda keçirilən G-20 sammitində 11 ölkə Suriyada kimyəvi hücumda Bəşər Əsəd rejimini sorumlu bilib və beynəlxalq ictimaiyyətdən buna cavab verməsini istəyib. ANS PRESS-in xarici mediayaya istinadən məlumatına görə, 11 ölkənin bəyanatında Suriyaya qarşı hərbi əməliyyatlar ifadəsi yer almayıb.

Ağ Ev Administrasiyasından verilən açıqlamada bildirilir ki, bəyanatda “Dəlillər Suriya hökümətini kimyəvi silahdan istifadə etməsində sorumlu olduğunu göstərir. Bir daha belə bir zülmün təkrarlanmaması üçün bunun arxasındakıların günahkar bilinməsini tələb etdi”.

Bəyanata ABŞ, Türkiyə, Avstraliya, Kanada, Fransa, İtaliya, Yaponiya, Cənubi Koreya, Səudiyyə Ərəbistan və İngiltərə imza atıb.

Şərhlər