Gündəm

Fransalı deputat işğal olunmuş Azərbaycan ərazisində

Fransua Roşbluanın adı Azərbaycan Xarici İşlər Nazirliyinin hazırladığı qara siyahıya salınıb.

· Xəbərçi
Fransalı deputat işğal olunmuş Azərbaycan ərazisində
Fransa senatının üzvü Fransua Roşbluan oktyabrın 5-də növbəti dəfə Azərbaycanın Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuş ərazilərinə səfər edib. Ermənistan mətbuatının yaydığı xəbərə görə, Roşbluan Dağlıq Qarabağın Xankəndi şəhərində qondarma “Dağlıq Qarabağ respublikası”nın rəsmiləri ilə görüşüb.

Daha əvvəl də rəsmi Bakının icazəsi olmadan Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edən Fransua Roşbluanın adı Azərbaycan Xarici İşlər Nazirliyinin hazırladığı qara siyahıya salınıb.

Şərhlər