FHN-i bu gün Minskə səfəri başlayır
23 Noyabr 2010 Çərşənbə Axşamı 12:00
Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün Minskə səfər edəcək.
APA-nın “Belta”-ya istinadən verdiyi məlumata görə, səfər çərçivəsində Azərbaycan və Belarusun Fövqəladə Hallar nazirlikləri (FHN) arasında 2006-cı il oktyabrın 17-də Minskdə imzalanmış əməkdaşlıq haqqında Sazişin 2011-2013-cü illərdə realizə olunması ilə bağlı kompleks tədbirlər planı təsdiqlənəcək.

K. Heydərov səfər çərçivəsində Belarus FHN-ın elmi araşdırmaları, təhsildə innovasiya yanaşmaları, belaruslu xilasedicilərin müasir texnika nümunələri, avadanlığı və döyüş geyimləri ilə tanış olacaq.

Qeyd edək ki, Azərbaycan və Belarus FHN-ləri arasında səmərəli əməkdaşlıq mövcuddur. Belarus FHN-in Komanda-Mühəndis İnstitutunda 200-dən artıq azərbaycanlı kursant təhsil alır.

Bundan başqa, Azərbaycan yanğınsöndürənləri hər il Belarusda keçirilən beynəlxalq tədbirlərdə iştirak edirlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar