Femen herekatı Milli Şuranın aksiyasına qatılacaq
18 Avqust 2013 Bazar 04:01
Femen qızları artıq Bakıdadılar ve onlar bu gün Milli Şuranın "20-ci sahe"de keçirilecek mitinqinde iştirak edecekler.
Sosial şəbəkələrdə Ukraynanın dunyaca məşhur Femen hərəkatının bu gün Milli Şuranın "20-ci sahə"də keçiriləcək mitinqində iştirak etmək üçün Bakıya gəldikləri haqda məlumatlar yayılıb.
ANS PRESS Avropa.info-ya istinadla xəbər verir ki, yayılan məlumatlarda əsasən soyunmaqla etiraz edən qızlardan ibarət hərəkatın Milli Şuranın "20-ci sahə"də keçiriləcək mitinqində iştirak etmək üçün gəldikləri bildirilir.
Qeyd edək ki, Ukraynada çılpaq aksiyaları ilə məşhurlaşan və əsasən qadınların hüquqlarının müdafiəsi ilə məşğul olan FEMEN təşkilatı dünyanın müxtəlif yerlərində haqsızlıqlara qarşı etiraz aksiyaları keçirib.
DOSTLARINLA PAYLAŞ: