Fələstin YUNESKO-ya qəbul edildi
31 Oktyabr 2011 Bazar Ertəsi 17:46
ABŞ və İsrail təşkilata maliyyə dəstəyini kəsəcəyi ilə bağlı xəbərdarlıq edib.
YUNESKO-nun baş konfransında Fələstinin təşkilata qəbul edilməsinin lehinə səs verilib. Fələstinin YUNESKO-ya üzv qəbul edilməsini rəsmən baş konfransın sədri Katalin Bociay elan edib. Qətnaməni 107 ölkə dəstəkləyib. 14 ölkə isə bunun əleyhinə səs verib.

Fələstinin YUNESKO-ya üzvlüyünün lehinə səs verənlər arasında Fransanın olması təəccüb doğurub. Belə ki, Fransa dəfələrlə YUNESKO-da səsvermənin yersiz olduğunu bəyan edib və Fələstinin BMT-də tanınmasına dair prosedurları məhdudlaşdırmağa çağırmışdı.

ABŞ, Almaniya, Kanada və İsrail isə əleyhinə səs verənlər arasındadır. ABŞ daha öncə bəyan etmişdi ki, Fələstinin YUNESKO-ya üzv qəbul ediləcəyi təqdirdə, bu təşkilatın ABŞ tərəfindən maliyyələşdirilməsinə son qoyulacaq. ABŞ-ın yatırımları isə YUNESKO büdcəsinin 22 faizini təşkil edir. İsrail də analoji tədbiri görəcəyinə dair xəbərdarlıq edib.

Beləliklə, YUNESKO Fələstini üzv dövlət kimi tanıyan ilk BMT agentliyi oldu.


DOSTLARINLA PAYLAŞ:

oyunlar