Türkiyədə əsgərlik müddəti azaldılacaq. ANS PRESS-in məlumatına, bu barədə baş nazir Rəcəb Tayyip Ərdoğan Türkiyənin ATV kanalında müsahibəsi zamanı bildirib.
Əsgərlik müddəti ilə bağlı verilən suala Türkiyə baş naziri belə cavab verib:
"Əsgərlik müddətinin azaldılması ilə bağlı Silahlı Qüvvələr, Baş Qərargah və Müdafiə Nazirliyi ilə həmfikirik. Əsgərlik müddəti azaldılacaq. Belə zənn edirəmki, müddət 12 ay olacaq. Qısa müddətli hərbi xidmət isə əvvəlki kimi saxlanılacaq".
Qeyd edək ki, hazırda Türkiyədə əsgərlik müddəti 18 aydır.
Esgerlik müddeti azaldılacaq
Esgerlik müddeti azaldılacaq. Bu meselede Müdafie Nazirliyi ile hemfikirik.




Şərhlər