Bu gün Ermənistan müxalifəti paytaxt İrəvanda növbəti mitinq keçirməyə hazırlaşır. Erməni Milli Konqresinin mitinqinin saat 17:00-da başlaması planlaşdırılıb. Mitinq barədə xəbərdarlıq meriyaya avqust ayının 31-də göndərilib. Meriya sanksiyanı isə sentyabrın 2-də verib.
Mitinqdə müxalifət lideri Levon Ter Petrosyanın da çıxışı gözlənilir. Çıxış Türkiyə-Ermənistan münasibətləri ətrafında yaranmış vəziyyətlə bağlı olacaq.
Mitinq yürüşlə yekunlaşacaq.
Ermənistanda mitinq olacaq
Levon Ter Petrosyan Türkiyə-Ermənistan münasibətləri barəsində çıxış edəcək




Şərhlər