Ermənistan işğala son qoyacaq
23 Noyabr 2009 Bazar Ertəsi 15:10
Euronews: "Ermənistan işğala son qoyacaq. Azərbaycan və Ermənistan prezidentləri çərçivə sazişinin imzalanması ilə bağlı razılığa gəlib"
Avropa İttifaqının xəbər televiziyası olan "Euronews", Ermənistanın bu yaxınlarda işğal etdiyi Azərbaycan torpaqlarından çəkiləcəyini bildirib. Televiziyanın məlumatına görə, dünən Almaniyanın Münhen şəhərində görüşən Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sarkisyan bu barədə razılaşmanı ehtiva edən bir çərçivə sazişi üzərində danışıqlar aparıblar.
"Euronews" televiziyası, Ermənistan və Azərbaycan prezidentlərinin görüşündən sonra müsahibə aldığı bir diplomata istinad edərək, iki lider Dağlıq Qarabağ probleminin həllinin əsasını təşkil edəcək bir çərçivə sazişi ilə bağlı fikir mübadiləsi aparıb.
Verilən məlumata görə, hər iki prezident çərçivə sənədi ilə bağlı olaraq əhəmiyyətli irəliləyiş əldə etsələr də, qəti bir nəticəyə gəlməyiblər. Bununla yanaşı, prezidentlər Ermənistanın işğal altında saxladığı Azərbaycan torpaqlarından çəkilməsi mövzusunda böyük miqyasda razılığa gəliblər. Razılığa əsasən, işğal altında olan Dağlıq Qarabağ ətrafı 7 rayondan 5-i boşaldılacaq. Dağlıq Qarabağ və buranı Ermənistana bağlayan strateji dəhliz olan Laçın rayonunun işğalı isə davam edəcək. Dağlıq Qarabağın son statusunu isə referendum həll edəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: