Ermenistan işğal etdiyi erazilerimizi talayır
28 Avqust 2013 Çərşənbə 10:36
Qondarma Dağlıq Qarabağ Respublikasının baş geoloqu mis ehtiyatını 1 milyon tona çatdırmaq niyyetindedir.
“Separatçı Dağlıq Qarabağ Respublikasının geoloji xidmət idarəsinin məqsədi mis ehtiyatlarını 1 milyon tona çatdırmaqdır”. ANS PRESS-in verdiyi məlumata görə, bunu Ermənistanın “news.am” saytına geoloji xidmət idarəsinin rəisi Qriqori Qabrielyan bildirib.

Onun sözlərinə görə, mis yataqlarının kəşfiyyatı hazırda 4 zonada həyata keçirilir. Birinci zona Xaçınçay su anbarından Kaşen adlanan (Dəmirli) əraziyə qədər uzanır. Bu iri kəşfiyyat yatağını “Valleks” kompaniyasına daxil olan “Beyz Metalls” həyata keçirir. Kaşendə 2012-ci ildə yeganə emal olunan metal mis olub ki, bu metalın ehtiyatları 56 mln ton olub. Yatağın istismar müddəti isə təxminən 15 il müəyyən edilib.

İkinci zona Dəlidağın ətrafında yerləşən əraziləri əhatə edir. Qriqori Qabrielyanın sözlərinə görə, burada onların geoloji xidməti tərəfindən həyata keçirdikləri kəşfiyyat çox yaxşı nəticə göstərib.

Yazıda bildirir ki, mis ehtiyatı daha iki rayonda – Zəngilan və Laçın rayonlarında həyata keçirilir. Q. Qabrielyanının sözlərinə görə, bu rayonlar da onlar üçün xüsusi əhəmiyyət kəsb edir. O, həmçinin bildirib ki, mineral xammalın tədqiqi Qondarma Dağlıq Qarabağ Respublikasının strateji vəzifələrindən biridir.

Yazının sonunda qeyd olunur ki, sovet dövründə 15-dən çox mis-qızıl yatağı kəşf olunmuşdu.


DOSTLARINLA PAYLAŞ:

oyunlar