Gündəm

Ermənilərin gözü yolda qaldı

Türkiyə NATO təlimləri zamanı Ermənistanla sərhədləri açmaq fikrində deyil.

· Xəbərçi
Ermənilərin gözü yolda qaldı
Ermənistanla sərhəddi açmaq rəsmi Ankaranın gündəmində deyil. NATO-nun hərbi təlimləri adi təlimlərdir və sərhədlərin açılması müzakirə predmeti ola bilməz. Bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Almatıda ATƏT xarici işlər nazirlərinin qeyri-rəsmi sammiti çərçivəsində jurnalistlərə deyib.

“Elmar bəylə bu məsələni danışmışıq, belə bir məsələ müzakirə predmeti deyil. Sadəcə Ermənistanda NATO-nun zəlzələ və fəlakət zamanı köməklik göstərilməsi ilə bağlı təlimləri keçiriləcək. Azərbaycanın da əvvəllər qatıldığı bir təlimlərdir. Belə bir məsələ Türkiyənin gündəmində yoxdur. Qafqaza yardımların göstərilməsini nəzərdə tutan bir təlimlərdir və sərhədlərin açılmasına yönəlmiş təlimlər deyil”, - deyə o vurğulayıb. ANSPRESS

Şərhlər