Ermənilər Van pişiyi iddiası
03 Sentyabr 2010 Cümə 11:30
Onlar Dünya Basketbol Çempionatının simvolu olan pişiyin Ermənistana məxsus olduğunu deyirlər.
Ermənilərdən daha bir iddia. Bu dəfə ermənilər "FIBA 2010 Dünya Basketbol Çempionatının rəmzinə çevrilən "Bascat"a etiraz ediblər. Onlar Van pişiyi kimi tanınan bu heyvanın əslində erməni pişiyi olduğunu iddia edirlər.

"News.am" erməni saytında yer alan məlumata görə, çempionatın və Van bölgəsinin simvolu, bir gözü mavi, digəri isə yaşıl olan pişik Ermənistana məxsusdur.

Qeyd edək ki, FİBA 2010 Dünya Basketbol Çempionatının simvolu olan pişik Türkiyənin Çırağan Sarayında keçirilən təqdimat mərasimində dünyaya təqdim edilmişdi. 10 nömrəli Türkiyə Milli Komandasının formasını geyinən pişiyə bir ay davam edən səsvermədən sonra “Bascat” adı verilmişdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar