Ermeniler Qarabağı itirmeye hazırlaşırlar
18 May 2013 Şənbə 16:17
Azerbaycan ve Ermenistan XİN rehberleri işğal olunmuş torpaqlarımıza maliyye yardımının edilmesine dair meseleni müzakire edibler.
ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfərləri çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri ilə Dağlıq Qarabağ münaqişəsi üzrə ilkin sənədlərin imzalanmasına dair müddət haqda dəqiq razılaşmaya nail olmalıdırlar. ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistanın "Joqovurd" qəzeti yazıb.

Qəzet bəzi versiyalara əsaslanaraq yazır ki, söhbət uzun müddətdir danışıqlar çərçivəsində müzakirə edilən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair prinsipləri nəzərdə tutan sənədlərdən gedir. Qəzet yazır ki, Krakovda Azərbaycan və Ermənistan XİN rəhbərlərini görüşü zamanı münaqişə prosesi həlli yoluna düşəcəyi təqdirdə maliyyə yardımları ilə bağlı məsələləri də müzakirə ediblər: "Hələlik bu razılaşma zamanı Ermənistanın nə itirəcəyi məlum deyil, amma şübhəsiz ki, "azad edilmiş" ərazilərin bir hissəsini itirəcəyimiz qaçılmaz deyil".




DOSTLARINLA PAYLAŞ:

oyunlar