Ermənilər Qarabağda böyük pullar qazanır
18 Sentyabr 2009 Cümə 22:25
Onlar narkotik vasitələrinin istehsalına sərf etdiyi hər 1 dollardan 12 min dollar gəlir götürür
Dağlıq Qarabağ Xəzər regionunda narkotika ticarəti, terrorçuluq fəaliyyəti üçün açıq zonaya çevrilib. Ermənilər Azərbaycanın işğal olunmuş ərazilərində narkotik vasitələrinin istehsalına sərf etdiyi hər 1 dollardan 12 min dollar gəlir götürür. Bunu Prezident Adminstrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov “Yeni Geosiyasi Reallıqlar Prizmasından Xəzər Regionunda Təhlükəsizlik və Stabillik” mövzusunda keçirilən konfransda deyib. Onun sözlərinə görə, regionda Azərbaycanı narahat edən məsələlər qalmaqdadır.

"Bunlardan ən əsası bütün bölgədəki sabitliyə mənfi təsir göstərən Dağlıq Qarabağ münaqişəsidir. Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər bu zonadan Avropada və dünyada qəbul olunduğu “boz zona” kimi istifadə edilməsi təhlükəsi böyükdür. Bura narkotiklərin istifadəsi, tranziti, terrorçu qrupların fəaliyyəti üçün açıq zonadır”, - deyə Elnur Aslanov bildirib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar