Ermənilər İstanbulda iftar verəcək
02 Sentyabr 2009 Çərşənbə 01:15
Ankaranın sevindirdiyi ermənilər İstanbulda iftar verəcəklər.“Bu razılaşma hər iki millətdə nikbinlik yaradıb”
“Erməni açılımı”na dəstək vermək istəyən İstanbul erməniləri Xınalıadada yerləşən “Surp Qirqor Lusavoriç” erməni kilsəsinin həyətində müsəlmanlar üçün iftar ziyafəti verəcək. ANS PRESS “Cihan”a istinadən xəbər verir ki, bu məqsədlə kilsənin həyətində məğrib azanı da oxunacaq. Hökumətin bu “açılım”ından razı qaldıqlarını bildirən yerli ermənilər gələcəyə daha ümidlə baxdıqlarını deyiblər. İftar ziyafətinin təşkilatçısı Xınalıada “Surp Qirqor Lusavoriç” erməni kilsəsi vəqf idarə heyətinin sədri Levon Şadyan gecikmiş olsa da, iki millət arasındakı razılaşmadan çox məmnun olduğunu bildirb. “Qonşu ilə problemləri həll etmək lazımdır. Qonşun var, ancaq qapıları açmırsan. Açsan, o səni, sən də onu başa düşərsən”. Şadlığını gizlətməyən Şadyan, Ermənistandakı 100 mağazadan 98-də türk malı satıldığını, sərhəd açılacağı təqdirdə malların bu ölkəyə bilavasitə yollarla yox, birbaşa gedəcəyini vurğulayıb. Türkiyədə 101 ildir nəşr olunan “Jamanak” adlı erməni qəzetinin redaktoru Ara Koçunyan isə bu razılaşmanın hər iki millətdə nikbinlik yaratdığını deyib.
DOSTLARINLA PAYLAŞ: