Ermənilər azərbaycanlı jurnalistlərdən niyə inciyiblər?
02 Sentyabr 2013 Bazar Ertəsi 10:44
Üzün əyridirsə, güzgünün nə günahı?
Üzün əyridirsə, güzgünün nə günahı və ya erməni mətbuatı nə üçün azərbaycanlı jurnalistlərdən inciyiblər. Azərbaycan mətbuatı faktları olmasa da, Ermənistanı mənfi tərəfdən təqdim etmək üçün daha nələr düşünəcəklərini bilmirlər. Ondan başlayaq ki, erməni jurnalistlər özləri öz ölkələrini xoşagəlməz görüntüdə təqdim edirlər.

Axı məhz onlar özləri qəzetlərində, saytlarda Ermənistan əhalisinin katastrofik sürətdə azaldığını, insanların öz ölkələrini tərk etdiyini və politoloqların bunun ölkənin milli təhlükəsizliyinə ciddi zərbə vurduğunu dediklərini yazırlar.

Azərbaycanda yaşayanlar Ermənistanda inflyasiyanın artdığını, ilkin tələbat məhsullarının qiymətinin yüksəldiyini, qaz, elektrik, nəqliyyatın qiymətinin bahalaşması ilə bağlı keçirilən aksiyalar, nümayişlər, mitinqlərdən hardan xəbər tuta bilərik? Biz haradan bilək ki, erməni polisi şiddət nümayiş etdirib və bu günlərdə "armeniyatoday" agentliyinin əməkdaşını vəhşicəsinə döyüb.

Bundan əlavə azərbaycanlı jurnalistləri hətta yazıları ilə guya ki, Rusiya-Ermənistan münasibətlərini korlamağa çalışmaqda da ittiham edirlər.

Belə çıxır ki, Azərbaycan mətbuatının nümayəndələri bir müddət öncə İrəvanda Rusiya səfirliyinin binasına hücum ediblər, ermənilər isə bu hadisədə yalnız tamaşaçı olublar.

Yazıq qonşularımızın bizi daha nələrdə ittiham etdiyini sadalamayacağıq. Aydındır ki, onlar bütün öz kinlərini, qəzəblərini çirkin, Qarabağ müharibəsini alovlandıran hakim rejimə və siyasətçilərə yönəltməlidirlər.

Bəlkə onda Ermənistanın günbəgün artan dövlət borcu, sönən iqtisadiyyatı, qaranlıq və ağır vəziyyəti olmazdı.
Bu vəziyyətlə bağlı olan belə bir köhnə deyim var - "Üzün əyridirsə,güzgü nə etsin".


DOSTLARINLA PAYLAŞ:

oyunlar