Gündəm

Ermənilər Ağdamın adını dəyişdirdilər

Separatçı rejim Ağdama Qarabağdakı erməni məhəllələrindən birinin adını verib.

· Xəbərçi
Ermənilər Ağdamın adını dəyişdirdilər
Dağlıq Qarabas separatçı rejiminin qərarı ilə Ağdam şəhəri Akna adlandırılıb. Akna vaxtilə Əsgəran rayonunda məhəllərdən birinin adı olub. Separatçı rejimin məlumatına görə, hazırda Ağdamda 360 nəfər yaşayır. İşğal altındakı şəhərdə su və elektrik enerjisi yoxdur.

Qeyd edək ki, Ağdam rayonu 1993-cü il iyulun 23-də işğal edilib. Ərazisinin 70 faizini itirən Ağdamın işğalı ilə Azərbaycan iqtisadiyyatı 3 milyard manat vəsait itirib. 40 min ha-dan çox əkin sahəsi olan Ağdam ölkənin ən iri aqrar rayonlarından sayılıb. ANSPRESS

Şərhlər